“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Hicran Valehov dünən vəzifəsindən azad olunub.
Məlumata görə, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Sədr müavini dünən təmtəraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq.
“Azərbaycan Dövlət Dəmir Yolları”nın Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova xəbəri dəqiqləşdirmə məqsədilə edilən telefon zənglərinə cavab verməyib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı