Ermənistanın İstintaq Komitəsinin keçmiş rəhbəri Mqer Vardanyanın avtomobilindən tapança və içərisində bir neçə min dollar olan çanta oğurlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
İnsidentin SAS spuermarketinin yaxınlığında baş verdiyi bildirilib. Qarətçi avtomobilin qapısını açıb və oğurluğu həyata keçirib.
Vardanyan polisə verdiyi məlumatda, avtomobilin salonundan içərisində 8 patronla C 75B tapançası, 2 pasport, silah üçün icazə sənədi, bank kartları, hərbi bilet və təxminən 6,5 min dolların olduğu çantanın oğurlandığını bildirib.
Faktla bağlı cinayət işi başladılıb.
Qeyd edək ki, M.Vardanyan 2021-ci ilin oktyabrında 2022-ci ilin oktyabrına qədər Ermənistan İstintaq Komitəsinin rəhbəri olub.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı