Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.
“Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri”, - deyə Azərbaycan Prezidenti bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı