F-35 qırıcılarının alınması üçün amerikalılara ödənilən pul ölkəyə qaytarılacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib.
“F-35 üçün pul verdik, töhfə verdik, pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu”, - türkiyəli nazir qeyd edib.
Qeyd edək ki, ABŞ Türkiyəni F-35 V nəsil qırıcıların tədarükü proqramından çıxarması barədə xəbərdar edib. Qərara səbəb Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasıdır.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı