Türkiyə biznesi Qaqauziyaya təxminən 2 milyard dollar həcmində sərmayə qoymağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Ticarət və Əməkdaşlıq Şurasının prezidenti Əziz Şahin deyib.
“Şura tezliklə Qaqauziya müəssisələri ilə ətraflı əməkdaşlıq planını və investisiya fəaliyyəti strategiyasını formalaşdırmaq niyyətindədir. Yaxın illərdə Türkiyənin işgüzar dairələri Qaqauziyaya fondun sonrakı artımı ilə təxminən iki milyard ABŞ dolları məbləğində sərmayə qoymağa hazırdır. Qaqauziyada on minlərlə hektar əkin sahəsi üçün emal müəssisələri, soyuducu və suvarma sistemləri quracağıq. Qaqauziyadan taxıl ixracı məlumatlarını öyrənmişik, ekspertlərlə müzakirələr aparmışıq və gələcəkdə zavodlar tikməyə hazır olduğumuzu bəyan edirik”, - o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı