Gürcüstan, Ermənistan və Qazaxıstan Rusiyaya tətbiq edilən Qərb sanksiyalarından yan keçməkdə fəal şəkildə kömək edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Bu ölkələrdə təkrar satış biznesinin canlanması Rusiyaya ixracın əhəmiyyətli dərəcədə artması ilə sübut olunur. Söhbət əsasən Rusiyaya əlçatmaz Qərb mallarının tədarükündən gedir”, - məlumatda deyilir.
“Trade Data Monitor” platformasının gömrük məlumatları göstərir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Gürcüstanın Rusiya ilə ticarəti təxminən 22%, ölkənin Rusiyaya ixrac etdiyi spirtin miqdarı isə 120%-dən çox artıb. Qazaxıstanın Rusiyaya ixracı eyni dövrdə 57% artıb. Dünya Bankının məlumatına əsasən, İrəvanın Rusiyaya ixracı 5 dəfə, Rusiyadan pul köçürmələri isə ötən illə müqayisədə 7 dəfə artıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı