Şəki rayonunda yol qəzasına düşmüş qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Qudula kənd sakini Telman İsaqov Çələbixan qəsəbəsi ərazisində VAZ-21 099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə sürücü və sərnişin Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar. Hadisəni eşidən T.İsaqovun qohumu, Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Vüqar Sabir oğlu Mülayimov “Opel” markalı avtomobillə onların köməyinə yollanıb.
Lakin S.Mülayimov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Hər iki yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı