Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu müvafiq təsisatlar tərəfindən beynəlxalq səviyyədə qəbul olunan ISO 9001 və ISO 37001 sertifikatlarına layiq görülüb.
BUTA.TV xəbər verir ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təsis edilmiş ISO 9001 sertifikatı “Keyfiyyəti idarəetmə sistemləri.Tələblər” beynəlxalq standartına uyğun olaraq, idarəetmə sisteminin effektiv tətbiqi yolu ilə müştəri məmnunluğunun artırılması, gözlənilməz xərclərin azaldılması, əmək məhsuldarlığının artırılması və əməkdaşların funksiyalarının, öhdəliklərinin və məsuliyyətlərinin bölüşdürülməsinin optimallaşdırılmasına dair təminat verir.
Standart müvafiq olaraq İnstitutun göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarəti təkmilləşdirərək, bu sahədə lider mövqeyə çatmağa zəmin yaradır.
Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsis edilmiş digər ISO 37001 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” sertifikatına malik olmaq isə Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən edilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiq edilməsi sahəsində üstünlüklər verir.
Bu standartların tətbiqi ən effektiv inteqrasiya olunmuş menecment sisteminin (İMS) yaradılmasında, qiymətləndirilməsində və təkmilləşdirilməsində İnstitut çərçivəsində idarəetməni və həmçinin, müasir idarəçilik prinsiplərinə əsaslanan, səmərəliliyin artırılması üçün proses yanaşmanın qəbulunu təşviq edən universal rəhbərlik funksiyasını təmin edir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı