Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, Nikolay Platonoviç böyük təcrübəyə malikdir, ona görə də onunla görüş xüsusilə dəyərlidir.
“Bu dəfə də görüşümüz onun əvəzolunmaz siyasi məsləhətləri və göstərişləri ilə bəzəndi”, - Kadırov bildirib.
Qeyd edək ki, bundan öncə Kadırov “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə görüşmüşdü. Kadırov Priqojinlə “beynəlxalq xarakterli çox vacib məsələləri müzakirə etdiyini” bildirmişdi.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı