Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına 2 maydan sonra başlayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin deyib.
“Ukrayna ordusunun əks-hücum əməliyyatı ilə bağlı nə baş verir? Bu gün yağış yağır, 2 maydan etibarən yağış kəsəcək. Daha bir həftə lazımdır ki, torpaq qurusun. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hücuma hazır olacaq. Bu hücum 9 Mayda – Qələbə gününü pozmaq üçünmü olacaq? Ola bilər”, - o qeyd edib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tam irəliləməyə və cinahları kəsməyə hazırdır, ukraynalıların hücumu qaçılmazdır.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı