Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır.
Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsüm qripi kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı