Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Amid Xancanov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı marixuana, yaşadığı ünvandan isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı