Müharibə səbəbindən Rusiyanı tərk edən İspaniyanın “İdintex” şirkətlər qrupuna məxsus “Zara” geyim brendi mağazaları aprelin 27-dən etibarən Moskva və Podmoskovyedəki ticarət mərkəzlərində açılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, “İdintex”ə məxsus mağazalar “Maag”, “Dub”, “Ecru”, “Vilet”adları altında açılacaq.
Qeyd edək ki, bir müddət öncə Rusiya sənaye və ticarət nazirinin müavini Viktor Yevtuxov hökumətin martın 30-da “İdintex”in (“Yeni Moda” SC) Rusiyadakı biznesinin “Zara” mağazaları ilə birlikdə “Fashion and More Management DMCC”yə satılması barədə razılaşmanı təsdiqlədiyini bildirmişdi.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı