Qida blokunda nöqsanlara yol verən 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib.
Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilib:
"Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib".
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı