Aprelin 25-i axşam saatlarında İranın cənub şərqində, etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Fənuc şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında şiddətli qarşıdurma olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli fəallar və insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, 16 yaşlı yeniyetmə bayker Səmir Qurdxaninin hökumət məmurları tərəfindən öldürülməsindən sonra bəluclar polis bölməsinin qarşısına toplaşıblar.
Yeniyetmənin öldürülməsinə etiraz edən vətəndaşlara odlu silahdan atəş açılması nəticəsində 5 nəfər yaralanıb. Bölmənin qarşısına toplaşanlardan bir neçə nəfər həbs edilib.
Qeyd edək ki, S.Qurdhaninin polis məmurlarının “dayan” əmrinə tabe olmadığı üçün güllələndiyi bildirilir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı