Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
BUTA.TV xəbər verir ki, konfrans iki gün davam edəcək.
Konfransın açılış mərasimində YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, BDU-nun rektoru Elçin Babayev, Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli və Ankara Universitetinin prorektoru Həsən Sərdar Öztürk iştirak edirlər.
Açılış mərasimindən sonra konfrans panel iclaslarla davam edəcək.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı