NATO ölkələri bəhanə axtarmağı dayandırmalı və Ukraynanın Alyansa qəbul edilməsinin alternativinin olmadığını etiraf etməlidir.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.
"Bəhanələri bir kənara qoymağın və nəhayət etiraf etməyin vaxtıdır ki, əgər NATO-nun məqsədi Avro-Atlantik birliyin təhlükəsizliyini təmin etməkdirsə, Ukraynanı qəbul etməkdən başqa alternativ yoxdur. Mən NATO-nun Ukrayna ilə bağlı hazırkı öhdəliyinə şübhə etmirəm. Alyansın üzvləri Rusiyanın tammiqyaslı işğalı başlayandan Kiyevə həyati yardım göstərdi. Lakin Ukrayna və Avro-Atlantik regionun uzunmüddətli təhlükəsizliyinə gəldikdə mən NATO-nun strategiyasına şübhə ilə yanaşıram”, - Kuleba qeyd edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı