Cari ilin fevral ayının 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı axtarış-xilasetmə dəstələrinin xüsusi fədakarlıq göstərmiş əməkdaşlarının aprelin 25-də Türkiyə dövləti tərəfindən təltifetmə mərasimi keçirilib.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk gündən etibarən qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif olunub.
Qeyd edəki ki, Elvin İsgəndərov Kahramanmaraş şəhərində dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxarıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı