Qarabağda söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır. Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir:
“Bu paytaxtlardan gələn bəyanatlar da əslində “mövqe bildirmək”dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı