Formula 1 üzrə Azərbaycan Qran Prisinin bütün biletləri satılıb.
Bu barədə BUTA.TV-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Bildirilib ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 “Formula 1” Azərbaycan Qran Prisinə bütün tribuna biletləri alınıb.
Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, 28 aprel, cümə günü start götürəcək “Formula 1” Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü baş tutacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı