Polşa və Slovakiya Ukraynaya nasaz təyyarələr verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, bu ölkələr son vaxtlar Ukraynaya 8 ədəd MiQ-29 göndərib:
"Lakin məlum olub ki, onların əksəriyyəti "nasazdır", ona görə də qırıcıları söküb ehtiyat hissələri kimi istifadə etmək lazımdır. Bundan əlavə, Ali Radanın deputatı Aleksandra Ustinova ABŞ-ın Kiyevə tələb olunduğundan xeyli az miqdarda silah tədarük etməsindən şikayətlənib".
Qeyd edək ki, NATO ölkələri Almaniyanın Ramşteyn bazasında Ukrayna üzrə təmas qrupunun iclasında Qərb təyyarələrinin Ukraynaya təhvil verilməsini müzakirə edəcəklər.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı