Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 2 kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov BUTA.TV-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu, Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu, Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı