Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
BUTA.TV xəbər verir ki, 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.
Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında ikinci yerə çıxdı. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla üçüncü pillədə qərarlaşdı.
Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvi Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı