Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratdığını rəsmən bəyan edib. Deməli, buna görə Paşinyan üç gün dalbadal Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan deyib.
“Baş nazir üç gün dalbadal Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Şübhə etmirəm ki, bütün əvvəlki hallarda olduğu kimi, bu dəfə də o, nəinki azərbaycanlıların gördüyü işlərdən xəbərdar olub, həm də tam razılığını verib. Ermənistanın de-fakto türkyönlü hökuməti heç nə etməyəcək. Türkləri (Paşinyanın komandasını nəzərdə tutur - red.) hakimiyyətdən uzaqlaşdırsaq, bu dağıntının qarşısını ala bilərik”, - o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı