Türkiyənin Qəhrəmanmaraş bölgəsində güclü təkanlara səbəb olan qırılma xəttində sıxılma olub və bu, növbəti zəlzələyə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri belə qənaətə gəliblər.
Tədqiqatçılar müəyyən ediblər ki, zəlzələlərə səbəb olan qırılma xəttinin bir hissəsi sıxılıb.
Alimlər bunun 6,8 maqnitudada zəlzələyə səbəb ola biləcəyini bildiriblər.
"Biz zəlzələnin vaxtını bilmirik, lakin bunun harada ola biləcəyini bilirik", - geofizik Silvain Barbot deyib:
“Zənnimcə, növbəti zəlzələ daha çox sarsıntı yarada bilər, lakin əlavə araşdırma olmadan bu barədə dəqiq bilməyəcəyik”.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı