Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib.
BUTA.TV xəbər verir ki, Vətən müharibəsinin 30 nəfərdən çox iştirakçısı və qazisinin qatıldığı veloyürüşə Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından start verilib.
İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vurublar.
Veloyürüşün keçirilməsində məqsəd hər zaman idmana və sağlam həyat tərzinə xüsusi önəm vermiş Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı