Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı