Rusiyanın 27 ən böyük sərnişin aviaşirkətinin 2022-ci ildə xalis gəliri 87,8 milyard rubl təşkil edib. Bu da 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
“Bu məbləğin yarıdan çoxu (47,8 milyard rubl) ölkənin iki ən böyük özəl aviadaşıyıcısının – “S7 Airlines” (34.4 milyard rubl) və “Ural Airlines”ın (13.5 milyard rubl) payına düşüb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” və onun törəmə şirkəti “Rusiya” 2021-ci ilin sonundan bəri maliyyə göstəricilərini açıqlamayıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı