Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı satıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə rusiyalı şərqşünas Yevgeni Satanovski çıxış edib.
O, II Qarabağ müharibəsi zamanı Ermənistan hakimiyyətinin Rusiyadan sülhməramlı fəaliyyət yox, İrəvanın tərəfindən müharibədə iştirak gözləyirdi:
“Moskva bunu məlum səbəblər ucbatından edə bilməz, çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün dost dövlətlərdir. Ermənilərin bu gün Ukraynada bizim yanımızda döyüşməməsindən Rusiya təəccüblənmir. Üstəlik, əgər siz Moskvanın dəstəyini gözləyirsinizsə, buna dəyməz”.
Satanovski həmçinin Paşinyanı Qarabağı Bakıya satmaqda ittiham edib:
“Putin Paşinyandan daha çox erməni ola bilməz. Əgər suveren dövlətin rəhbəri açıq şəkildə əraziyə istənilən iddiadan imtina edirsə, Rusiya dost və qonşu olsa da, burada günahkar deyil”.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı