Məhdudiyyətlər nə qədər sərt olsa, təcavüzkar ölkə Ukraynada müharibəni bir o qədər tez bitirəcək.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün Rusiyanın 322 şirkətinin sanksiyalar siyahısına əlavə edilməsini şərh edərkən deyib.
"Sanksiya paketlərimiz ətraflı şəkildə, xüsusən də tərəfdaşlarla sinxron hazırlanır. Bu, bizim əsas ümumi vəzifələrimizdən biridir. Məqsəd Rusiyanın sanksiyalardan yan keçməsi üçün imkanları aradan qaldırmaqdır. Sanksiyalardan yan keçməyə imkan verən hər bir rus sxemi bu müharibəyə vaxt əlavə edir, işğalçıya fürsətlər verir. Müvafiq olaraq, terrorçu dövlətə və onunla əlaqəli bütün şəxslərə, Rusiyanın müharibə iqtisadiyyatına nə qədər çox məhdudiyyət qoyularsa, təcavüz bir o qədər tez bitər", - o qeyd edib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı