Ukrayna Prezidenti Vladimir Zelenski milyarder Vladimir Potaninin qohumları və senator Süleyman Kərimovun ailə üzvləri də daxil olmaqla, 25 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yayılıb.
Ümumilikdə sanksiya siyahısında 40 nəfər var. Ruslardan başqa, səkkiz Mali vətəndaşı, dörd İsveçrə, iki İran və şəxsiyyəti məlum olmayan bir nəfər var.
Tətbiq edilən məhdudiyyətlərə aktivlərin bloklanması, özəlləşdirmədə iştirakın qadağan edilməsi, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, eləcə də digər məhdudlaşdırıcı tədbirlər daxildir.
Vətəndaşlara qarşı məhdudiyyətlər 10 il müddətində qüvvədə olacaq.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı