Ədalət və İnkişaf Partiyasının (AKP) ofisinə edilən silahlı hücum Türkiyə demokratiyasına qarşı törədilmiş hücumdur.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Qurtulmuş deyib.
“Eyni zamanda, demokratiyanı hədəfə aldıqlarını da bilirik. Biz bunları qınayırıq. Biz qəti şəkildə siyasətə silahın, bombanın, anarxiyanın və terrorun qarışdırılmasının əleyhinəyik. Silah, güllə olan yerdə xalqın iradəsi də olmaz”, - sədr müavini bildirib.
Qeyd edək ki, ötən gün AKP-nin İstanbul şəhərinin Baxçalıevlərdəki ofisinə silahlı basqın edilib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı