İsveç iyulda Vilnüsdə keçiriləcək sammitə kimi NATO-ya üzv olmağı gözləyir.
BUTA.TV xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.
“İsveç bununla bağlı güclü dəstək qazanıb. Mən 2 gün əvvəl ABŞ-dan olan həmkarım Lloyd Ostinlə görüşdüm. O dedi ki, Vilnüs sammitinə qədər İsveçin NATO-ya üzv olması vacibdir”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl açıqlamasında vurğulayıb ki, İsveç Türkiyənin tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı