Yanvar-mart aylarında Qazaxıstan Rusiyadan keçən əsas marşrutdan yan keçməklə Aktau-Bakı vasitəsilə 163,4 min ton neft göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə (28,8 min ton) altı dəfə çoxdur. 2023-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daha 104 min ton neft göndərilib. Bununla yanaşı, Qazaxıstan hər ay Çinə 80 min tondan çox neft tədarük edir.
Nəşr qeyd edir ki, son bir ildə Ukraynada müharibənin başladığına görə Qazaxıstandan tədarüklərin həcmində kəskin artım müşahidə olunub. Belə ki, əgər 2021-ci ildə alternativ marşrutlarla tədarükün həcmi 638 min ton təşkil edirdisə, 2022-ci ildə bu, 1,8 milyon ton səviyyəsində olub.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı