G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi G7-yə sədrlik edən Yaponiya hökuməti rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən qərar may ayında G7 liderlərinin Xirosimada keçiriləcək sammitində verilə bilər.
Rəsminin sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır. Xüsusilə, işlənmiş avtomobillər, təkərlər, gözəllik məhsulları və geyimlərə ticarət embarqosu genişləndirilə bilər.
Qeyd edək ki, mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, həmçinin Avropa Birliyinin liderlərinin də iştirakı gözlənilir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı