Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
BUTA.TV xəbər verir ki, açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.
Bu heç-heçədən sonra xallarını 29-a çatdıran "Kəpəz" 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Şamaxı" isə 9-cu sırada qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, XXXI turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı