İsrail üçün məhdud müharibə dövrü başa çatır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Növbəti müharibədə biz bütün cəbhələrdə - şimalda, cənubda və Fələstində düşmənlərin birgə səyləri ilə qarşılaşmalı olacağıq. Onları birləşdirən qüvvə isə güclənən və inamını artıran İrandır.
“Hizbullah”, “Həmas” və “İslami Cihad”ın İrandan aldıqları maliyyənin məbləği müvafiq olaraq 700 milyon, 100 milyon və on milyonlarla dollardır”, - deyə o vurğulayıb.
“Bu məbləğlər İranın Suriyanın Bəşər Əsəd rejiminin gücləndirilməsinə yatırdığı sərmayə ilə müqayisədə xeyli azdır. Burada söhbət milyardlarla dollardan gedir”, - Qalant əlavə edib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı