Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, silahlı birləşmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlayır və regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasına mane olur.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində “Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı” mövzusunda məruzə ilə çıxış edərkən bildirib.
"Ermənistan birtərəfli qaydada sülh danışıqlarından çıxaraq, vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın sərhədində və suveren ərazisində hərbi təxribatlar törətməkdə davam edir. Ermənistanın gələcəyə baxışının nə vəd etdiyi hələ məlum deyil", - S.Qafarova qeyd edib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı