Macarıstan xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib.
BUTA.TV xəbər verir ki, Siyarto Rusiya baş nazirinin energetika üzrə müavini Aleksandr Novak və Rusiyanın “Rosatom” dövlət nüvə enerji şirkətinin icraçı direktoru Aleksey Lixaçevlə görüşüb.
Görüş zamanı Siyarto Macarıstanın Rusiyanın enerji resurslarına daimi çıxışını təmin etmək üçün yeni sazişlər imzalayıb.
Görüşlərdən sonra keçirilən brifinqdə o, siyasi mülahizələrdən asılı olmayaraq, Rusiyanın enerji resurslarına çıxışın Macarıstanın təhlükəsizliyi üçün həlledici olduğunu vurğulayıb:
“Nə qədər ki, enerji təchizatı məsələsi siyasi və ya ideoloji deyil, istər-istəməz Rusiya ilə əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinin əsas açarı olaraq qalacaq".
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi