Xalq artisti Rafiq Əzimov ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətovun ölümündən danışıb.
Kult.az xəbər verir ki, xalq artisti Teleqraf.com-a açıqlamasında Azər Paşa nemətovun evdə tək olduğunu bildirib.
“Azər Paşa özünü pis hiss edəndə Mehman adlı sürücüsünə zəng edib və vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib və qapını da açıq qoyub. Sürücüsü deyir ki, içəri girəndə görüb ki, qonaq otağında yerə yıxılıb.
Biz bu cür ölümünü gözləmirdik. Onurğasından böyük əməliyyat keçirmişdi. O vəziyyətdə teatra gəlib tamaşalar hazırlayırdı. Allah rəhmət eləsin. Ruhu şad olsun”.
Qeyd edək ki, Azər Paşa Nemətov ötən gün 76 yaşında dünyasını dəyişib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi