Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb.
BUTA.TV xəbər verir ki, 1959-cu il təvəllüdlü Oqtay Həsən oğlu Əliyev və 1962-ci il təvəllüdlü arvadı Məryəm İlyas qızı Məmmədovanın meyitləri 7 aprel saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb.
Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.
Oqtay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Məryəm Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...