Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır.
Bu barədə BUTA.TV-a daxil olan şikayət məktubunda bildirlib.
“Məktəbin yanında olan piyada keçidi lövhələri, sürət göstərən lövhə bərbad gündə idi və piyada keçid zolağı isə silinib getmişdi. BNA-ya müraciət edəndən sonra gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Zolağı 5 gündən sonra yenidən yağış yuyub apardı. Məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər. 211 saylı avtobusun piyada zolağı olan yerdə hərəkətləri isə bir başqa problemdir. Qanunvericiliklə məktəblərin yanında sürət həddi 30-dur, amma bu ərazidə müvafiq lövhə yoxdur. Gərək kimisə maşın vursun, xoşagəlməz hadisə baş versin ki, Bakı Nəqliyyat Agentliyi məsələni həll etsin?!”, - məktubda qeyd olunub.
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?