Ermənistanın Baş naziri Nikol Paşinyan hərbçilərin dövlət çevrilişi edəcəyindən ehtiyat edir.
BUTA.TV xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
“Hökumətin hərbi qulluqçuların siyasi çağırışlar etməsinə və mitinqlərdə iştirakına qadağa qoyulması ilə bağlı qanuna dəyişiklik edilməsi təklifi də bu narahatlıqlarla bağlıdır. Dəyişikliklər layihəsi artıq parlamentə təqdim olunub və gələn həftə qəbul olunacaq. Konstitusiya, Silahlı Qüvvələr siyasi məsələlərdə bitərəf qalmalıdır, bəs hökumət niyə belə edir?” - məlumatda deyilir.
Qəzet hökumətdəki mənbələrinə istinadən qeyd edib ki, hakimiyyətin zahiri sakitliyinə baxmayaraq, Paşinyanın qorxuları sürətlə artır:
“Hərbçilər çevrilişə başlaya bilər. Hakimiyyət belə təhlükəli ssenarinin qarşısını almağa çalışır”.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video