Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur.
BUTA.TV xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarət edərkən deyib.
Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir.
Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video