İran parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. İran-Azərbaycan münasibətləri 1991-93-cü illəri çıxsaq, ən aşağı səviyyəyə düşüb.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“İran məclisi İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə maneə olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi, məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzlayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Buna görə İran Paşinyana ultimatium verdi”, – deyə Zahid Oruc əlavə edib.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video