Türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi üçün mütləq şəkildə siyasi əlaqələrin yüksək səviyyədə olmasına böyük ehtiyac vardı. Bu siyasi vəhdətlik də artıq son dönəmlər kifayət qədər formalaşıb.
Bu sözləri BUTA.TV-a türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılması haqda qanun layihəsinin Milli Məclisdə qəbul edilməsi ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra türk dünyasının vahid inteqrasiya problemi həll olunacaq:
“Zəngəzur dəhlizindən sonra türk dövlətləri arasında istənilən, xüsusən də iqtisadi və ticari əlaqələrin yüksək səviyyəyə qalxacağına şübhə yoxdur. Türk dövlətləri arasında imzalanmış bu sazişi bilavasitə Zəngəzur dəhlizinin açılmasına hazırlıq mərhələsi olaraq qiymətləndirə bilərik. Çünki dəhliz açıldıqdan sonra Türkiyənin Orta Asiyaya birbaşa Azərbaycan üzərindən çıxışı mümkün olacaq. Həmçinin, Avropaya kimi uzanan Orta Dəhliz (Şərq-Qərb) Gürcüstandan yox, birbaşa Azərbaycandan Türkiyəyə keçə bilər. Bu da, təbii olaraq, logistik xərcləri aşağı salacaq. Həmçinin, gömrük sazişini də nəzərə alsaq, bunun avtomatik olaraq ticari dövriyyələrin artımına töhfə verəcəyini deyə bilərik. Bu isə birbaşa iqtisadi əməkdaşlığı şərtləndirir. Hesab edirəm ki, gömrüklə bağlı bu razılaşmalar hələlik pilot layihələr üzərindən icra olunacaq. Ancaq önəmlisi proseslərin əsasının qoyulmasıdır. Azərbaycanın coğrafi olaraq logistik istiqamət olması, həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi ilə bağlı işlərin başlanılması Çinin Avropaya ixracını Rusiyadan yox, məhz bu orta hədd üzərindən etməyə maraqlı olmasına ciddi təsir edəcək. Belə olan şəraitdə daha təkmil, asan və rahat keçid məntəqələrinin yaradılmasına, gömrük xidmətlərinin göstərilməsinə ehtiyac var”.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video