Türkiyəli məşhur müğənni Serdar Ortac sosial şəbəkədə canlı yayım zamanı azərbaycanlı meyxanaçı Pərviz Bülbüləni dinləyərək məst olub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, o, Pərviz Bülbülənin toy mərasimindəki çıxışını heyranlıqla izləyib, onun söylədiyi "Günah məndə deyil, gözlərindədir" şeirini videoyazı ilə sinxron şəkildə oxuyaraq, sonda çox gözəl olduğunu bildirib. Qeyd edək ki, Sərdar Ortac dəfələrlə canlı yayımlarda Azərbaycanı çox sevdiyini və köçüb bu ölkədə yaşamaq istədiyini deyib. O tez-tez sosial şəbəkədə canlı yayımlarda azərbaycanlı müğənnilərin ifalarını dinləyir və bu mahnıları repertuarına daxil edir.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video