İrəvan merinin müavini Tiqran Avinyanın irəli çəkilməsinə sərf olunan resursları nəzərə alsaq, baş verənlər mer seçmək kampaniyası deyil, Baş nazir seçmək kampaniyasıdır.
BUTA.TV xəbər verir ki, bunu erməni siyasi şərhçisi Tiqran Köçəryan deyib.
“Avinyanın addımları seçki yarışına başlanğıcdır, lakin mer seçkisində yox, Baş nazir seçkisində. Və bu baxımdan indiki Baş nazir Paşinyanın narahatlığına əsas var”, - o bildirib.
Köçəryan əmindir ki, təkcə mer seçimi üçün bu qədər vaxt, insan və maliyyə vəsaiti sərf etməyə ehtiyac yox idi:
“Hətta vitse-mer kimi Avinyan sakitcə məsələlərini həll edirdi. Bütün bu kampaniya Baş nazir postu üçündür. Ermənistanın qlobalist cəbhəsi, xarici qüvvələri Avinyanı öz namizədləri hesab edirlər və əlverişli məqamda Paşinyanı Tiqran Avinyanla əvəzləyəcəklər. Avinyana milyardlarla dram sərmayə qoyulur, lakin onun bir böyük problemi var - siyasi xarizması yoxdur. Səsi, görünüşü, davranışı insanları özündən uzaqlaşdırır. Onun tez-tez ictimaiyyətə görünməsi əks-effekt verə bilər”.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?