2021-ci ildə 80 min iranlı Türkiyəyə mühacirət edərək bu ölkədə yaşamaq icazəsi alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Statistika Mərkəzinin son hesabatında bildirib.
Hesabatda 2021-ci ildə Türkiyəyə mühacirət edən əcnəbilərin sayının 739 min 364 nəfər olduğu, bunların 10.9 faizinin iranlıların təşkil etdiyi qeyd edilib.
Türkiyə Statistika Mərkəzi bildirib ki, hazırda bu ölkədə 92 min 654 iranlı oturum icazəsi ilə yaşayır.
İran Miqrasiya İlliyi Məcmuəsinin 2021- 2022-ci illərlə bağlı hazırladığı hesabatda isə son 7 ildə Türkiyəyə mühacirət edən iranlıların sayının 5 dəfə artaraq 155 min nəfərə çatdığı qeyd edilib.
Məlumatda bildirilib ki, iranlıların getmək istədikləri 10 əsas dünya ölkəsi arasında Türkiyə beşinci yeri tutur.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?