Baxmutda şəhər yerlərində hərbi əməliyyatlar davam edir, rus işğalçıları qala şəhərinin mərkəzi hissəsinə daxil olmağa çalışırlar.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets bildirib.
"Döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib. Əsgərlərimizin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir, bu da düşmənə daha da irəliləməyə imkan vermir", - ekspert söyləyib.
Zquretsin sözlərinə görə, Avdeyevka ərazisində də vəziyyət oxşardır. Orada rus işğalçıları mühasirə modelini həyata keçirməyə çalışdılar.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video